Kiyevdə iki Azərbaycan vətəndaşı tutulub - Səbəb + FOTOLAR

img

18-08-2021 [09:51]


Ukraynanın paytaxt Kiyevdə iki Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Məlumata görə, Kiyev Şəhər Prokurorluğu Azərbaycan vətəndaşlarının soyğunçuluq və narkotik tərkibli maddələrin tətbiqi, istifadəsində şübhəli bilinmələrinə görə saxlanıldığını açıqlayıb.

“İyirmi iki və iyirmi dörd yaşlı Azərbaycan vətəndaşları cinayət başında saxlanılıb. Belə ki, onlar gecələr klublarında insanlarla ünsiyyət qurub, etibardan sui-istifadə etməklə narkotik tərkibli həblər verərək, həmin şəxsləri yarımhuş halına gətirdikdən sonra onları soymaqla məşğul olublar. Araşdırma nəticəsində məlum olub ki, hər iki şəxs indiyə qədər insanlara 267 min qriven, 30 min ABŞ dolları və 1 605 avro zərər vuraraq soyublar”, - deyə məlumatda bildirilir/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA