İmişlidə saxta pulla bazarlıq edən şəxs tutulub

img

11-08-2021 [13:21]


Avqustun 10-da bir nəfər İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 3-də Otuziki kəndi ərazisində yerləşən bazarda naməlum şəxsin ona 200 manat saxta pul verməsini bildirib.

DİN-dən Mia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini H.Əsgərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 18 ədəd 100 manatlıq və 2 ədəd 200 manatlıq saxta pul əskinası aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA