Şəmkirdə evə basqın: 4 nəfər tutulub

img

09-08-2021 [18:17]


Şəmkirdə evə basqın edən qohumlar ev sahibini döyüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə avqustun 7-də Yuxarı Seyfəli kəndi ərazisində 2 maskalı şəxsin bir evə açıq qalan qapıdan girib, ev sahibini döyərək ağzını, əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb pul və qızıl əşyalar tələb etmələri, lakin pul və qızıl əşyalar tapa bilmədikləri üçün onun cibindən 6 manat pulunu götürüb oranı tərk etmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Könüllü kənd sakinləri S.Mustafayev və qardaşı oğlu E.Mustafayev saxlanılıb, daha 2 nəfər müəyyən edilib.

S.Mustafayevin evinə baxış zamanı oradan “TT” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA