Polis əməliyyatı: 40 kiloqramdan artıq narkotik maddələri satmaq istəyənlər saxlanıldı - VİDEO
02-08-2021 [18:49]
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yardımlı rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində rayonun Avaş kənd sakini Rahil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Araşdırma zamanı onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda heroni Şirvan şəhərində anbar kimi istifadə etdiyi evdə gizlətdiyi müəyyən edilib. Polislər tərəfindən həmin mənzilə baxış zamanı ümumi çəkisi 20 kiloqram 675 qram olan heroin, elektron tərəzi, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitləri və 1 ədəd mobil telefon aşkar edilib. Rahil İmanov ifadəsində qeyd edib ki, aşkarlanan külli miqdarda heroinin Şirvan şəhəri və ətraf rayonlarda satışını həyata keçirməli imiş. O, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitini isə heroini aldığı xarici ölkə vətəndaşına onlayn yolla göndərməli imiş,
Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə paytaxt sakini Təhmin Rzaxanov saxlanılıb. Onun üzərindən 94 qram heroin, yaşadığı evdən isə 1 kiloqram tiryək, 4 kiloqram 930 qram heroin, 3 kiloqram marixuana və 50 ədəd yaş çəkisi 7 kiloqram 105 qram olan çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı isə rayon sakini Sahil Məmmədli və paytaxt sakini Tural Rəhimov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 9 qrama yaxın heroin, Masallı rayonunda gecələmək üçün müvəqqəti qaldıqları ünvana baxış zamanı isə əlavə 6 kiloqram 490 qram heroin və 2 kiloqram 550 qram tiryək aşkar edilib. Onlar ifadələrində külli miqdarda narkotik vasitəni sosial şəbəkələrdə tanış olduqları xarici ölkə vətəndaşından əldə etdiklərini bildiriblər. Həmin şəxs isə heroin və tiryəki qaçaqmalçılıq yolu ilə naməlum şəxslərin köməkliyi ilə ölkə ərazisinə keçirərək əvvəlcədən müəyyən edilən yerdə Sahil Məmmədli və Tural Rəhimova təhvil veriblər.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lerik rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayon sakini psixotrop maddələrin satışında şübhəli bilinən Qədir İmanov saxlanılıb. Onun üzərinə baxış zamanı 5 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Qədir İmanov ifadəsində matemfetamini tanışı Lənkəran şəhər sakini Eduard adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Eduard Rəfiyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamnaı 1 kiloqram 315 qram heroin, 257 qram metamfetamin, 20 ədəd psixotrop tərkibli metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Eduardr Rəfiyev tanışı Qədir İmanova narkotik vasitələri satdığını, Lənkəran şəhəri və ətraf rayonlarda bu işlə məşğul olduğunu etiraf edib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 40 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...