Şəmkirdə qətl: bacıoğlu dayısını öldürdü

img

26-07-2021 [18:21]


Şəmkir rayonunda qətl törədilib.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı