Tərtərdə əməliyyat: iki nəfər tutuldu - FOTO

img

23-07-2021 [10:25]


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik və psixtrop vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı o narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib. Keçirilmiş növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb. Onun evinə baxış keçirilən zaman 4 bükümdə heroin və 2 bükümdə psixotrop maddə olan metamfetamin və yaxud “patı” aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA