Daha iki şadlıq evinin sahibi cərimələndi

img

22-07-2021 [11:34]


Bərdə rayonunda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Soyuq Bulaq” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Sultan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaratdığı aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA