Qarabağ savaşında iştirak edən bir qrup sərhədçi tərxis olundu - FOTOLAR
20-07-2021 [14:27]
Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən Müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Silahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşməsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparması ilə qürur duymasını xüsusi vurğulayıb.
DSX-nin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən Müharibəsində böyük rəşadət və qəhrəmanlıqla vuruşmaları, Ali Baş Komandan, Vətən və Dövlət qarşısında vəzifələrini əzm və fədakarlıqla icra etmələri, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlara həkk olunduğu və hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.
Vətən Müharibəsi başa çatdıqdan sonra ölkəmizin İran İslam Respublikası və Ermənistan ilə işğaldan azad edilmiş dövlət sərhədi boyu bərpa edilən və yeni yaradılan sərhəd zastavalarında, sərhəd-döyüş məntəqələrində çox mürəkkəb relyef və iqlim şəraitində şərəflə xidmət etdiklərinə, dövlət maraqlarımızı ləyaqətlə müdafiə etdiklərinə görə ehtiyata buraxılan sərhədçi çavuş və əsgərlərə, bu cür övlad tərbiyə etdiklərinə görə onların valideynlərinə minnətdarlıq ifadə olunub.
Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, müqəddəs sərhədlərimizi qorumaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları hər zaman layiqincə icra etmələri xüsusi qeyd olunub.
Təltif edilən hərbi qulluqçular adından çıxış edən əsgər Sadiqov Sadiq Eldəniz oğlu xidməti fəaliyyətlərinə ən ali səviyyədə verilən qiymətə görə minnətdarlıqlarını bildirib, ehtiyata buraxıldıqdan sonra da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müsəlləh əsgərləri olaraq qalacaqlarına və sərhədçi şərəfini qürurla daşıyacaqlarına söz verib.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır