Azərbaycanlı biznesmenlər Kiyevdə döyülür, obyektləri yandırılır: "Biz artıq canımızı ciddi təhlükədə hiss edirik" - VİDEO
19-07-2021 [14:40]
Ukraynanın paytaxtı Kiyevin Desnyanskiy rayonu ərazisində son vaxtlar yaxınları ilə birlikdə hücumlara məruz qalan iş adamı, Azərbaycan vətəndaşı Şahlar İsgəndərov ona məxsus restoranda bir neçə dəfə naməlum şəxslər tərəfindən odlu “molotov kokteyli” hücumlarına məruz qalıb.
Mia.az xəbər verir ki, əmlak sahibinin Report-un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, “Mangal House” adlı restoranın bu il iyunun 17-də gecə edilən ilk hücum nəticəsində bir hissəsi yandırılsa da, sahibi tərəfindən təmir olunub.
Ş. İsgəndərov qeyd edir ki, hücumların ardı kəsilməyib, yenidən iyulun 6-da və iyulun 16-da təkrar naməlum şəxslər gecə saat saatlarında “molotov kokteyli” ataraq restoranın bir hissəsini yandırıblar. İş adamına külli miqdarda zərər dəyib.
O, vurğulayıb ki, obyektinin yenidən yandırılma təhlükəsi var. Yanğını törədənlərin əməlləri müşahidə kameralarına düşsə də, üzləri görünmür. Hadisə ilə bağlı Kiyev vilayət və şəhər polisi birgə araşdırma, əməliyyat-axtarış tədbirləri aparır.
Şahlar İsgəndərov bildirib ki, iyunun 17-də gündüz saatlarında isə bir qrup şəxs o obyektdə olmayanda restorana gələrək əməkdaşları vasitəsi ilə onu hədələyiblər. Azərbaycanlı iş adamı onu da qeyd edib ki, buna qədər ötən il noyabrın 28-də gecə saatlarında naməlum şəxslər tərəfindən şəxsi avtomobili yandırılıb. Ötən il ona olan təzyiq bununla da bitməyib. Belə ki, 2020-ci il martın 20-də axşam saatarında elə həmin restorandan çıxan zaman qardaşı İsgəndərov Vidadi naməlum şəxslərin qəfil hücumuna məruz qalaraq ölümcül döyülüb.
20 ilə yaxındır Ukraynada yaşayan və yerli biznes həyatında fəal olan azərbaycanlı iş adamı bildirib ki, bu hadisələrə qədər o və yaxınları Ukraynada heç vaxt təzyiqə məruz qalmayıb. Yalnız son bir ildə sadalanan hallar fonunda onun şəxsi həyatına və biznesinə ciddi təhlükə yaranıb: “Bütün bu hallar üzrə polisə müraciət etsək də, araşdırma aparsalar da, heç bir nəticə yoxdur. Azərbaycan Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Hətta Kiyev polisi avtomobilimi yandıranları saxlasa da, sonradan naməlum səbəbdən sərbəst buraxıblar. Biz artıq nəinki iş həyatımızı, hətta canımızı belə Ukraynada ciddi təhlükədə hiss edirik. Artıq bu ölkədə nəinki biznesimizi inkişaf etdirmək, belə təzyiq və təhlükə səbəbindən canımızı və kapitalımızı bu ölkədən çıxarmağı düşünürük. Çünki artıq bir ildən çoxdur biznesimə və şəxsi həyatıma bu təzyiqlər artan təhlükə ilə davam edirsə və hüquq-mühafizə orqanları heç bir tədbir görə bilmirsə, bizim başqa çıxış yolumuz qalmır. Elə durumdayıq ki, hər an obyektim zərər görə, mən və yaxınlarımdan hər hansı biri həyatını itirə bilər”.
Ş.İsgəndərov Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət etməyə hazırlaşır.
İri vergi ödəyicisi olduğunu bildirən Ş.İsgəndərov deyib ki, son vaxtlar tək ona qarşı yox, daha bir neçə azərbaycanlı iş adamlarına qarşı təzyiq artıb/Report.
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır