"İndi də müqəddəs vətənpərvərlik duyğularımıza qarşı cəbhə açıblar" - Deputatdan ETSN yanındakı İctimai Şura sədrinin müraciətinə maraqlı reaksiya
19-07-2021 [13:11]
Fazil MUSTAFA
***
İndi də müqəddəs vətənpərvərlik duyğularımıza qarşı cəbhə açıblar. Nə var ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi yanındakı İctimai Şuranın xanım sədri ekoloqlara müraciət edib ki, düşmənimiz olan erməniləri sevindirməmək üçün meşələrin qırılması, ağacların qanunsuz kəsilməsi ilə bağlı faktları ictimailəşdirməyək.
Anlamaq olmur, çağırışa etiraz edənlər doğrudanmı erməniləri sevinməsini arzulayırlar? Əslində təhsilimizin acınacaqlı vəziyyətindən tutmuş korrupsiyaya qədər, əhaliyə bütün xidmət növlərində axsamalara qədər, məhkəmə qərarlarının bərbad durmuna qədər, qızıldərili insanlar üçün dənizə çıxan yolların ağdərililər tərəfindən bağlanmasına qədər, narkomaniyanın baş alıb getməsindən tutmuş insan alverinə qədər, sahibkarlığın dirçəlişinə maneçilikdən işsizliyin artmasına qədər ağrılı məsələləri hökmən gizlətmək lazımdır. Hər bir neqativ sayılan məsələmiz erməniləri mütləq sevindirəcək! Yəni adam demək istəyib ki, özümüz məyus olsaq da əsas hədəfimiz ermənini sevindirməmək olmalıdır.
Bu o deməkdir ki, Azərbaycanda vətənpərvərlik defisiti mövcuddur. Halbuki bizdə vətənpərvərlik bir iş yeridir, çox adam bu iş yerində məşğulluğunu təmin edir. Əksəriyyətimiz öz məşğulluq sferamızda doğruları dilə gətirib düzəltmək hədəfindən çox, doğruları gizlədərək ermənini sevindirməmək hədəfinə köklənmişik. Nəticə nədir? Nəticə ədəbiyyatda, elmdə, sənətdə, insana dəyər verilməsində qısırlaşmadır. 44 günlük savaşda biz erməni üzərində hərbi qələbədən sonra mədəni qələbəni, düşüncə qələbəsini qazanmaqda çətinlik çəkirik, gecikirik. Ona görə də tək silahımız qalır ki, özümüzü qapatmaqla, gizlətməklə ermənini sevindirməmək!!!
Erməni cəhənnəmə sevinsin ya məyus olsun, hər addımımız özümüzü sevindirməlidir! Meşəni də özümüz üçün qorumalıyıq, təbiəti də, küçəni də, dənizi də, ayaqyolunu da öz sağlamlığımız üçün təmiz saxlamalıyıq ki, baxıb özümüz sevinək!
Sən vətəndaş üçün dənizə çıxmağa cığır belə saxlamırsansa, biz qızıldərililər cəhənnəmə qalsın, erməniyə bunun izahını necə verəcəksən? İnanmıram ki, bu cür davranışa hansısa erməni də sevinmiş olsun.
Bütün hallarda nazirliyimizin adından səslənən çağırışdakı kosmos qədər əngin vətənpərvərliyi dəstəkləyirəm: "Özümüz sevinməsək də düşməni də sevindirməyək!"
Mia.az
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır