İşçilər Yasamal İcra Hakimiyyətindən narazılıq edir: "Maaşlarımız verilmir, ancaq MKİS-də çoxlu sayda saxta iş ştatı mövcuddur..."
17-07-2021 [16:38]
Yasamal rayon Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin tabeliyində çalışan işçilərlə bağlı əmək qanunvericiliyinin pozulduğu iddia olunur.
Mia.az Report-a istinadla xəbər verir ki, işçilərə əmək müqavilələrinin mətni göstərilmir, qanunsuz olaraq, şənbə, bazar və qeyri-iş günlərində məcburi işə çağırılırlar:
“Süpürgəçilər səhər saat 5-dən axşam 6-a qədər işlədilir. Həmin işçilərə məzuniyyət və məzuniyyət pulları verilmir. İşə vaxtından artıq işləməyə görə də maaşlarına heç bir əlavələr edilmir. MKİS-də çoxlu sayda saxta iş ştatı mövcuddur. Müxtəlif insanların adı süpürgəçi kimi qeydiyyata salınır, onlara rəsmi staj yazılır və bunun əvəzində MKİS rəhbərliyi həmin şəxslərə yazılan əmək haqları kartlarının sahibinə çevrilir. Bu pullar bir neçə şəxs arasında bölüşdürülür".
Şikayət məktubunda Yasamal Rayon İcra Hakmiyyətinin də adı çəkilir.
Habelə, qeyd edilib ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələrində minlərlə işçi adı getsə də, əslində real iş bir neçə yüz adam tərəfindən görülür və yoxlamalar zamanı real işçilər müxtəlif məkanlarda peyda olmağa məcbur edilirlər:
"Çox az sayda işçi xüsusi fərqləndirici gödəkçələrlə təmin edilib. Qanunla nəzərdə tutulmuş maaş artımı və güzəştlər barədə də işçilər xəbərsizdirlər, hazırda günün müxtəlif saatlarında süpürgəçiləri işə çağırırlar, 19, 21, 64, 56, 22, 32, 24 nömrəli MKİS-lərdə işçilərə maaş yarıbayarı verilir”.
Məsələ ilə bağlı Yasamal MKİS-in şöbə rəisi Cavid Həşimov "Report"a bildirib ki, qeyd olunan iddialar həqiqəti əks etdirmir:
“Yasamalda bir çox MKİS var. Mən maaş və digər məsələlərlə bağlı dəqiq məlumat verə bilmərəm. Çünki bu hər biri ayrı-ayrı şöbələrin işidir. Amma işçilərin hamısına vaxtı çatan kimi məzuniyyətlər verilir. Gələn ilə saxlanıla bilməz. Şikayət ərizəsini araşdırmadan məsələ ilə bağlı hər hansı dəqiq fikir bildirə bilmərəm. İşçilər səhər 5-də işə çağırılırsa, bunu yerində araşdırmalıyıq. Şikayətdə deyilənlərin həqiqətə uyğun olub-olmadığını araşdırmadan nə hə deyə bilərəm, nə də yox”.
Yasamal Rayon İcra Hakmiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır