Həbsdəki icra başçısı idman edir, şeir yazır: "Dedi ki, burada faydalı işlə məşğuldur"

img

17-07-2021 [15:24]


Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədov şeir yazır və idmanla məşğuldur.

Mia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasında A.Məmmədovla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov deyib.

O bildirib ki, sabiq icra başçısı hər gün idmanla məşğul olur:

"Sabiq icra başçısı ilə təcridxanada təkbətək görüşdüm və vəziyyəti ilə maraqlandım. Alimpaşa Məmmədov bildirdi ki, hazırda özünü gümrah hiss edir, heç bir problemi yoxdur, asudə vaxtlarından faydalı istifadə edir.

Dedi ki, saxlandığı müddətdə, həmçinin, şeir də yazır, faydalı işlə məşğuldur. İstintaqın gedişindən də razıdır, istintaq tam obyektiv aparılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA