Yol polisindən sürücülərə - Xəbərdarlıq
17-07-2021 [10:01]
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Mia.az-a daxil olan müraciətdə deyilir:
"Hazırda yay mövsümünün olması və havaların isti keçməsi ilə əlaqədar vətəndaşların bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələri üçün əlverişli şərait yaranmışdır. Qarşıdan gələn Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilməsinə, televiziya, radio və sosial şəbəkələr vasitəsilə sürücülərə, piyadalara xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələskənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlarımıza rast gəlinir.
Elə son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, yaxud əzgin, yorğun halda avtomobil idarə etmələridir.
Qeyd etməliyik ki, insan tələfatı ilə nəticələnən ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil, xüsusilə də günün qaranlıq vaxtlarında. Əfsuslar olsun ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir".
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır