TƏBİB sədri Regional filialın rəhbərini direktor vəzifəsinə təyin edib

img

16-07-2021 [16:05]


Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xəstəxananın direktoru vəzifəsini Emin İsmayılov icra edəcək.

Məlumat üçün bildirək ki, E.İmsayılov bu vəzifəyə qədər İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Şəmkir Regional Filialının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, tibb müəssisəsinin bundan əvvəlki direktoru bir müddət əvvəl öz xahişi ilə tutuğu vəzifədən azad edilmişdi/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA