Məhəbbət Kazımovun ailəsi dövlətdən edilən köməkdən imtina ediblər

img

30-01-2014 [13:01]


"Məhəbbət Kazımovun ölümü ilə əlaqədar ailəmizə dövlət nümayəndələri və ayrı-ayrı tanınmış şəxslər tərəfindən diqqət gördük. Sağ olsunlar. Bu, Məhəbbət Kazımov sənətinə olan qiymətdir. Amma biz həmin adamların təklifini qəbul etmədik”. 

Bunu AzNews.az-a əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov bildirib. Onun fikrincə, olunan təkliflər ailədə müzakirə edildikdən sonra belə bir qərar verilib: 

"Bizə olunan dəstək təkliflərini ailədə müzakirə etdik. Düşündük ki, bu dəstəklərin heç birini qəbul etməyək. Çünki birini qəbul etsək, o birini etməsək, kimsə inciyəcək. Ən başlıcası isə ona görə ki, atamın heç vaxt kiminsə dəstəyinə ehtiyacı olmayıb. Belə şeylər ailəmizə yaddır. Atam özü belə şeylərə imkan verməyibsə, ailəsi əsla verməz”.

Xatırladaq ki, əməkdar artist Məhəbbət Kazımov yanvarın 27-də dünyasını dəyişib və o, Xırdalan qəbiristanlığında dəfn olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA