Şəhid ailələri meriyanı məhkəməyə verdi

img

27-01-2014 [11:39]


Bakı Şəhər İcra Hakimiyyəti onun tabeliyində olan Ticarət və Xidmət Departamenti məhkəməyə verilib.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı Şəhər İcra Hakimiyyəti ilə Ticarət və Xidmət Departamentinin məhkəməyə verən "Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin Xətai rayon şöbəsidir: «Sözügedən ictimai birliyin Bakı Şəhər İcra Hakimiyyəti ilə Ticarət və Xidmət Departamentindən əsas tələbi isə birliyin Xətai şöbəsində qeydiyyatda olan şəhid ailələri, əlillər müharibə veteranlarının sosial vəziyyətini yaxşılaşdırmaq məqsədiylə ticarət obyekti ilə təmin olunmalarıdır. Ancaq birliyin rayon şöbəsinin bu tələbi Xətai rayon Məhkəməsi tərəfindən təmin olunmayıb. İş hazırda Bakı Apellyasiiya Məhkəməsindədir».

 Məlumata görə, yanvar ayının 31- Bakı Apellyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə baxılacaq: «Hakim Kəmalə Abiyevanın sədrliyi ilə həmin günü şikayət araşdırılacaq».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA