İki terrorçu təşkilat Azərbaycanı hədələdi

img

28-01-2014 [17:11]


«Meşə Qardaşları» və «Ceyşullah» hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər.
Dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar.
"Axar.az"ın verdiyi xəbərə görə, «Meşə Qardaşları» təşkilatın adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq.
«Meşə Qardaşları» adından yayılmış həmin bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.
Digər məlumat isə «Ceyşullah» («Allahın Ordusu») adlı təşkilatın adından yayımlanıb.

Məlumatı yayan şəxslər bildiriblər ki, sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcək.
Qeyd edək ki, hər iki təşkilat terrorçu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən vəhabilərin nəzarətində olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşüblər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA