Fatih Terim, Mustafa Denizli, Abdullah Avcı, Ersun Yanal, Quus Hiddink və Mirça Luçesku Bakıya dəvət olunublar

img

07-06-2021 [11:51]


Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir ölkə yığmasının sabiq baş məşqçilərinə jest edib.

"Fanatik" xəbər verir ki, 71 yaşlı funksioner həyatda olan 12 yerli və əcnəbi mütəxəssisə AVRO-2020-nin oyunlarını canlı izləmək üçün dəvət göndərib.

Onların arasında Fatih Terim, Mustafa Denizli, Abdullah Avcı, Ersun Yanal, Quus Hiddink və Mirça Luçesku kimi baş məşqçilər var.

Qeyd edək ki, Türkiyə millisi Uelslə iyunun 16-da, İsveçrə ilə iyunun 20-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA