Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb

img

04-06-2021 [17:09]


“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Mia.az xəbər verir ki, 1 saat davam edən son məşqdə ən yaxşı nəticəni Serxio Peres göstərib.

“Red Bull” pilotu birinci sərbəst yürüşün ən sürətlisi olan komanda yoldaşı Maks Ferstappeni qabaqlayıb. “Ferrari”nin bolidlərini idarə edən Karlos Sayns və Şarl Lekler müvafiq olaraq ən sürətli 3-4-cü pilotlar olub.

Qeyd edək ki, sabah əvvəlcə 13:00-da üçüncü sərbəst yürüş, 16:00-da isə sıralama turu olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 17.07.2025

Sabah isti hava olacaq