Çempionlar Turu: Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov nə qədər qazanblar?

img

01-06-2021 [11:29]


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun ilk 6 raundundan sonra turnir cədvəli açıqlanıb.

Məlumata görə, "The FTX Crypto Cup" adlı VI mərhələdə 4-cü yeri tutan Teymur Rəcəbov 133 xalla 3-cü pillədəki mövqeyini qoruyub.

Son turnirin təsnifat mərhələsini 10-cu sırada bitirən Şəhriyar Məmmədyarov isə 21 xalla yekun cədvəldə 10-cudur.

Rəcəbov 6 mərhələdən 98 500 ABŞ dolları, Məmmədyarov isə 18 500 ABŞ dolları qazanc əldə edib.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub. Şəhriyar Məmmədyarov isə V mərhələni üçüncü pillədə başa vurub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA