Çempionlar Liqası: "Çelsi" qalib oldu - VİDEO

img

30-05-2021 [09:21]


UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Mia.az xəbər verir ki, İngiltərənin "Çelsi" komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.

"Zadəganlar" finalda "Mançester Siti" üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. "Çelsi" isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.

Komandalar oyunu itkilərlə başa vurublar. "Çelsi"dən braziliyalı müdafiəçi Tyaqo Silva 37-ci, "Mançester Siti"dən isə belçikalı yarımmüdafiəçi Kevin De Brüyne zədələnərək, əvəzlənməli olub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA