Ukrayna milli komandasının sabiq futbolçusu belə saxlanıldı - FOTO

img

29-05-2021 [13:05]


Ukrayna milli komandasının sabiq futbolçusu Vyaçeslav Şevçuk Kiyevdə saxlanılıb.

Məlumata görə, Donetsk "Şaxtyor"unun keçmiş üzvü "Porsche 911" markalı avtomobilin sükanı arxasında olub.

Bildirilir ki, o, içkili vəziyyətdə olub. Şevçuk alkoqol testi verməkdən imtina edib və polisə müqavimət göstərib. Sonradan 42 yaşlı veteran oyunçu polis şöbəsinə aparılıb.

 

Qeyd edək ki, Vyaçeslav Şevçuk Ukrayna millisində 2003 - 2016-cı illərdə forma geyinib. Yığmada 54 oyuna çıxan Şevçuk 2008 və 2012-ci il Avropa çempionatlarında iştirak edib/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA