İranın xarici işlər naziri Ermənistanda səfər edib

img

26-05-2021 [10:08]


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanda səfərdədir.

Mia.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onu Yerevanın Zvartnos hava limanında Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan qarşılayıb.

Məhəmməd Cavad Zərif Ermənistanın baş naziri səlahiyətlərini icra edən Nikol Paşinyan və Ara Ayvazyanla görüşəcək.

Qeyd edək ki, M.C.Zərif mayın 25-də Bakıda səfərdə olub. Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA