Ermənistanda daha bir əsgər başından güllələnib

img

25-05-2021 [18:57]


Ermənistanda daha bir əsgərin meyiti tapılıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, bu gün saat 13:00 radələrində 2001-ci il təvəllüdlü əsgər Mher Ovanesyanın meyiti xidmət etdiyi hərbi hissədə tapılıb. O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin necə baş verdiyi araşdırılır.

Xatırladaq ki, bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin ölümü barədə məlumat yayıb.

Ümumiyyətlə, son vaxtlar Ermənistan Ordusunda intizamsızlıq, “dedovşına”, ölüm halları artıb. Bundan narahat olan valideynlər mütəmadi aksiyalar keçirirlər.

Ermənistan tərəfi isə itkilərini, ordudakı nizam-intizamsızlığı gizlətmək üçün əsgər ölümlərini Azərbaycanla bağlama çalışır. Bu gün də məlumat yayaraq, guya sərhəddə atışma olduğunu, nəticədə Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində bir erməni hərbçisinin öldüyünü açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmadığını, erməni hərbi qulluqçunun ölümü ilə bağlı insidentin bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA