Yaqut Qarayeva: "Yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksinin gətirilməsi gözlənilir"

img

25-05-2021 [13:19]


“Bu gün Azərbaycanda kifayət qədər vaksin var. Peyvəndlə bağlı heç problem yoxdur. Bu gün vətəndaşlarımızın vaksin seçimi imkanı var”.

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bildirib ki, yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksinin gətirilməsi gözlənilir: “Dünyada istifadə olunan və ÜST tərəfindən təsdiqlənən vaksinlər Azərbaycan üçün əlçatandadır. Hər kəs könüllü şəkildə istədiyi vaksini vurdura bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA