Rəsmi xəbərdarlıq: Azərbaycanda işçilərinin COVİD-19 pasportu olmayan obyektlər bağlanacaq

img

25-05-2021 [13:04]


“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

O bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və həmin tarixdən adıçəkilən obyetklərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa həmin obeyktlərə xəbərdarlıq ediləcək və hətta bağlana bilərlər: “Bu məsələ konsert, teatr, kinoteatr və şənlik salonlarına da aiddir. Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyənlərə təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA