Prezidentin köməkçisi: "Ölümlə lotereya oynamayın" - "Anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub"

img

25-05-2021 [12:53]


"Mənim anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub".

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Sosial şəbəkələrdə vaksinlərin əks-təsirləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzən sosial şəbəkələrdə qarşılaşırıq ki, hansısa təhülkələr haqqında danışırlar. Bunun heç bir elmi əsası yoxdur, cəfəngiyyatdır. Bizim iki yolumuz var. Ya vaksin vurdurmalıyıq, ya da xəstələnməliyik. Hamını peyvənd olunmağa çağırıram. İnsanlar vaksinasiya olunsunlar, ölümlə lotereya oynamasınlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA