Gürcüstan iyunun 1-dən Azərbaycanla quru sərhədləri açır

img

25-05-2021 [12:43]


Gürcüstan iyunun 1-dən etibarən quru sərhədlərini açır.

Bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib/Report.

Qərara əsasən, quru sərhədlərdən Gürcüstana daxil olan şəxslərdən tam vaksinasiya və ya son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən sənəd tələb olunacaq.

PCR test arayışı təqdim edəcək şəxslər 72 saat ərzində öz hesablarına yenidən testdən keçməli olacaqlar.

Bununla yanaşı, Gürcüstana gedən ziyarətçilərə sağlamlıq sığortasının olması tövsiyə edilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA