Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq təlim başlayıb

img

24-05-2021 [19:04]


Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ərazinin maketi üzərində ətraflı brifinq təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunur.

Təlim iyunun 4-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA