BAHALI MAŞINLARIN SATIŞI, ŞİRKƏTLƏR, VİLLALAR... - SOCAR-ın vitse-prezidenti haqda sensasiyalı iddialar yayıldı + VİDEO
24-05-2021 [14:07]
Uzun müddətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılovun adı şirkət daxili qalmaqallarda hallanır.
Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, SOCAR rəhbəri ilə vaxtaşırı problemlər yaşayan Mikayıl İsmayılov yüksək iddiaları ilə diqqət mərkəzində olan şəxsdir. Lakin üzdə SOCAR-ın vitse-prezidenti kimi görünən Mikayıl İsmayılovun fəaliyyətində yetəri qədər qaranlıq məqamlar da çoxdur.
Mikayıl İsmayılovun maliyyə mənbələri
İlk olaraq ondan başlayaq ki, Mikayıl İsmayılov rəhbərliyində təmsil olunduğu şirkətin “qara kassası” hesab olunur. Kifayət qədər gücə və maliyyə imkanlarına sahib olan Mikayıl İsmayılov SOCAR-ın qaranlıq əməliyyatlarında bütün maliyyə prosesini idarə olunmasına nəzarət edir.
Vitse-prezident bu gücü və maliyyə imkanlarını isə fərqli yollarla əldə edib. Belə ki, Babək prospektində yerləşən “General Motors Company” avtomobillərinin satışı ilə məşğul olan “GM” avtosalonunun sahibdir. Bakının Babək prospektində böyük ərazini əhatə edən avtosalonun əsas gəliri SOCAR-a avtomobil satışı və şirkət avtomobillərinə göstərilən servisdir. Məhz bu xidmətlər müqabilində avtosalon və şirkətlərin SOCAR-la aylıq 2 mln. manatlıq müqaviləsi mövcuddur. SOCAR-ın orta və yüksək vəzifəli şəxsləri həmin avtosalondan alınmış “Cadillac”, “Chevrolet” və “Chevrolet pickup”, “Buick” markalı bahalı xidməti maşınlarla təmin olunub.
Eyni zamanda Mikayıl İsmayılov SOCAR-ın balansında olan bütün avtomobilləri özünə məxsus yağ firmalarının məhsulları ilə təmin edir. Belə ki, şirkətin balansında olan bütün bu avtomobillərə göstərilən texniki xidmət zamanı “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilməlidir.
Mikayıl İsmayılovun birbaşa adının hallanmadığı bir çox şirkətlər də mövcuddur.
Bu şirkətlər bütün satınalma qaydalarını pozaraq SOCAR-ın podratçı şirkətlərinə çevriliblər. Bu şirkətlərdən biri “Olerni LTD” şirkətidir. Şirkətin təsisçisi Akif İmanov adlı şəxs olmasına baxmayaraq bütün haqları Mikayıl İsmayılova məxsusdur. SOCAR-ın əsas təchizatçılarından olan şirkətin fəaliyyəti kranların, neft-qaz separatorların, yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir.
Həmçinin təchizat sahəsində formal rəqabət yaratmaq üçün Mikayıl İsmayılova məxus olan bir digər şirkət “Kapital Motors” da oxşar xidmətləri göstərir.
Bizneslər, daşınmaz əmlaklar və villalar
SOCAR-la əlaqəli şirkətləri ilə yanaşı Mikayıl İsmayılovun digər fəaliyyət istiqaməti daşınmaz əmlak sahəsi ilə bağlıdır.
Belə ki, Mikayıl İsmayılova məxsus olan və Nizami rayonu, Mikayıl Əliyev prospektində yerləşən iki blok və beş mərtəbədən ibarət olan obyekt neft şirkətində işləyən xarici vətəndaşların burda yaşaması üçün nəzərdə tutulub. Obyektin dəyəri 5 mln. ABŞ dolları olaraq qiymətləndirilir.
Türkan qəsəbəsində 3 hektarlıq ərazidə, ailə üzvləri üçün 5 imarət ucaldan SOCAR-ın vitse-prezidenti imarətlərin hər birinə milyonlarla manat xərcləməklə yanaşı, dənizin bir hissəsini də həyətinə əlavə edib. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası və hovuz da mövcuddur. Villa Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirib.
Eyni zamanda Bakıda bir sıra ticarət obyektləri, villalar, 200-dən çox mənzil, paytaxtın mərkəzində yerləşən “Central Baku” və “Özsüt” restoranlarının da Mikayıl İsmayılova məxus olduğu, qardaşının adına isə Fəvvarələr Meydanı ərazisində çoxsaylı daşınmaz əmlakın olduğu bildirilir.
SOCAR vitse-prezidentinin biznes imperiyası
“Modern Group”-a daxil olan şirkətlərin hamısı, o cümlədən “Az Granata”, geyim firması “Alyans Tekstil”, "Modern Hospital", avtomibil satışı ilə məşğul olan “Great Motors”, eManat brendi ilə tanınan “Modenis” MMC, təbii və mineral süfrə suyu istehsal edən “Mineral Sular” MMC və digər obyektlərin sahibidir.
Mikayıl İsmayılov Kəmaləddin Heydərova məxsus “Jalə” şirələrinə rəqib olaraq “Az Granata” şirkətini yaradıb. Bu rəqabət prinsipial yanaşan Mikayıl İsmayılov, “Jalə”-nin texnoloqlarına daha yüksək məvacib təklif edərək öz şirkətinə cəlb edib.
Onun tapşırğı ilə “Modern groupa” daxil olan “Az Granata” şirkətinin Ağsudakı zavodunun inşası zamanı bir çox insanın torpaqlarına əlindən alınıb. Ağsu və İsmayıllı şəhərləri arasındakı ərazidə yeni torpaq sahələri ələ keçirilərək burada üzümlüklər salınıb.
“Modern Group”-a tabe olan adı “Şamaxı Palace” olaraq dəyişdirilən “Şamaxı Rixos” otel və “Şərədil” istirahət mərkəzi isə Mikayıl İsmayılovun ümumi büdcəyə xəyanəti nəticəsində əlindən alınıb.
Bir müddət əvvəl yanğınlarla gündəmə gələn və Bakının Binəqədi rayonu ərazisində yerləşən "Eurohome" tikinti malları bazarının da Mikayıl İsmayılova aid olduğu bildirilir. Qeyd edək ki, bir müddət əvvəl “EuroHome” tikinti materialları bazarının bilinən direktoru Samir Məmmədov həbs olunub. Amma Mikayıl İsmayılovun adı isə bu prosesdə çəkilməyib, ancaq ehtimal olunur ki, yaxın zamanlarda bu məsələ ilə bağlı yenidən gündəmə gələcək.
Özünü hər zaman fövqəlnazir Kəmaləddin Heydərovla rəqabətdə görən Mikayıl İsmayılov bank və maliyyə ödənişləri sahəsində rəqibinin fəaliyyətinə əngəl olmağa çalışıb. Belə ki, RabitəBankın 50% payçısı olan Mikayıl İsmayılov “MilliÖn” ödəmə sisteminə qarşı “eManat”ı yaradıb. Qeyd edək ki, “AFB” və “Bank of Baku” kimi “MilliÖn” ödəmə sistemi də Kəmaləddin Heydərova məxsusdur və keçmiş deputat Hacı Salayev tərəfindən idarə olunur.
Qeyd edək ki, məlumat sosial şəbəkələrdə yayılıb.
Mənbə: https://demokrat.az/az/news/77492/mikayil-ismayilovun-biznes-maxinasiyalari-faktlar
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub