Ramiz Əzizbəyli: “Təcili əməliyyat olunmalıyam”

img

17-01-2014 [13:14]


Xalq artisti, məşhur aktyor Ramiz Əzizbəylinin səhhəti kəskin pisləşib. Bu barədə məlumat AzNews.az-a xalq artistinin yaxınlarından daxil olub. Məlumatda qeyd olunur ki, R.Əzizbəylinin ayaqları tamamilə tutulub, yataq xəstəsinə çevrilib.

Onun təcili əməliyyata ehtiyacı olduğu, lakin bunun üçün maddi imkanının olmadığı da gələn xəbərlər sırasındadır.

Bununla AzNews.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. O, yayılan xəbərləri təsdiqləyib: "İflic vəziyyətindəyəm, gəzə bilmirəm, təcili əməliyyata ehtiyacım var”.

Onun sözlərinə görə, ayaqları tamamilə tutulub: "Baxımsızlıq ucbatından əldən gedirəm”.

R.Əzizbəyli müalicə və əməliyyat üçün maddi imkanının olmadığını da dilə gətirib: "Təqaüd də almıram ki, dava-dərmana verəm. Dövlətimi, dövlətçiliyimi sevirəm. Susmuşam, oturmuşam, gözləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA