Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq

img

21-05-2021 [17:53]


Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çüngiz Hüseynzadə qurumun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaq: "Xəstəliyə yoluxan və orqanizmində anticism yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur".

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, idmançılar atletlər kəndində məskunlaşacaq. Tokio-2020-də iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayanadək vaksinasiya olunacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA