Azərbaycanın dünya və dördqat Avropa çempionu yarışlardan kənarlaşdırıldı

img

21-05-2021 [17:25]


Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib.

Bolqarıstanlı legionerin dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.

Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012, 2015 və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA