AZƏRBAYCANDA İKİ NAZİRLİK BİRLƏŞDİRİLİR: "Yuxarı dairələrdə müzakirələr gedir"

img

21-05-2021 [14:57]


Yaxın zamanlarda iki nazirlik birləşdirilə bilər.

Mia.az xəbər verir ki, bu haqda Etikxeber.az-a etibarlı mənbədən bildirilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsi gözlənilir.

“Bu haqda yuxarı dairələrdə müzakirələr gedir. Ola bilər ki, yaxın zamanlarda konkret qərar verilsin, yəni, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi birləşdirilsin”, - deyə bildirilib.

Onu da qeyd edək ki, Gənclər və idman naziri vəzifəsi hazırda boşdur.

Bir müddət öncə Gənclər və idman naziri Azad Rəhimov xərçəng xəstəliyindən dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA