Qaxda polis əməkdaşına odlu silahdan atəş açıldı: yaralanan var

img

21-05-2021 [15:08]


Qax rayonunda silahlı insident baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb. Mübahisə zamanı naməlum şəxslər silahdan atəş açıb. Nəticəsində polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilir/Report.

Məlumata görə, insident zamanı əlindən yaralanan polis əməkdaşı Hacıməhəmməd Hətəmovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA