Zakir Həsənov: "Xəbər məni çox kədərləndirdi"

img

21-05-2021 [11:15]


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

"Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA