Maradona qəsdən öldürülüb

img

20-05-2021 [22:27]


Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.

AFP xəbər verir ki, qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Bu qərar Maradonanın ölümünü araşdıran komissiyanın nəticələrinə əsaslanır. Komissiya tərəfindən Maradonanın son videosundakı görüntüləri araşdıırılıb.

Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib/APA.

Xatırladaq ki, Dieqo Maradona keçən il noyabrın 25-də ani ürək tutmasından dünyasını dəyişmişdi. Cəsədin yarılması nəticəsində onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA