Alimlər koronavirusun insan üçün yeni təhlükəli növünü aşkarladılar

img

20-05-2021 [21:47]


Amerika alimləri koronavirus infeksiyasının daha bir növünün mövcud olduğunu bildiriblər.

Bu barədə “Science” jurnalı bildirib.

Qeyd edilir ki, koronavirusun bu növü 2017-2018-ci illərdə Malayziyada pnevmoniya xəstəliyinə səbəb olub. Ehtimala görə, virus insanlara itlərdən ötürülüb, ancaq dəqiq nəticələr haqqında daha sonra danışmaq mümkün olacaq.

Nəşrdə həmçinin Florida Universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar haqqında xatırladılıb. Güman edilir ki, 2014-2015-ci illərdə Haitidə qeydə alınmış pnevmoniya daha əvvəl koronavirusun aşkarlandığı donuzlardan insanlara ötürülüb.

Alimlər iddia edirlər ki, koronavirusun yeni növü mutasiya ehtimalına görə təhlükə törədə bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA