İlham Əliyev: “BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil"

img

20-05-2021 [20:07]


“BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə dair aydın bir baxış olmalıdır”.

Mia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib: “Bu, ikili standartlara əsaslanan seçici bir yanaşma olmalı deyil. Vəziyyətimizlə bağlı Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul edilib. ATƏT-in Minsk Qrupunun üç həmsədri həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar qəbul etdikləri qətnamələrin icrası üçün hər şeyi etməli idilər. Bu qətnamələrdə açıq şəkildə deyilirdi ki, erməni qoşunları tamamilə və qeyd-şərtsiz işğal altındakı əraziləri tərk etməlidirlər. Amma bu nəticə vermədi”.

Prezident bildirib ki, BMT-də islahatlar, xüsusən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası sahəsində mexanizmlərin yaradılması ilə bağlı islahatlar beynəlxalq ictimaiyyətin təşkilata olan etimad səviyyəsini yüksəldəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA