Ərdoğan "Beşiktaş" komandasının futbolçuları ilə bir arada - FOTO

img

20-05-2021 [17:58]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə çempionu və kubokun sahibi "Beşiktaş" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, Prezident Adminstrasiyasında təşkil olunmuş görüşə klub rəhbərliyi, texniki heyət və futbolçular qatılıblar.

Qəbulda "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi Ərdoğana imzalı forma hədiyyə edib.

Qeyd edək ki, "Beşiktaş" çempionatın sonunda "Qalatasaray" qədər - 84 xal toplasa da, top fərqinə görə çempion olub. Türkiyə Kubokunun finalında isə "qara qartallar" "Alanyaspor"u məğlubiyyətə uğradıb - 2:0.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA