AZƏRBAYCANLA RUSİYA ARASINDA YENİ SƏNƏDLƏR İMZALANDI - Siyahı

img

20-05-2021 [15:35]


Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiya baş naziri Mixail Mişustin arasında Moskva şəhərində keçirilən danışıqların yekunlarına dair bir sıra sənədlər imzalanıb.

Tərəflər Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi ilə RF Rəqəmsal İnkişaf, Rabitə, İctimai Nəqliyyat Nazirliyi arasında rabitə və rəqəmli texnologiyalar arasında əməkdaşlıq sazişi

- Dövlət Gömrük Komitəsi ilə RF Federal Gömrük Xidməti arasında bəzi növ mallara dair gömrük nəzarətinin elektron şəkildəki nəticələrinin qarşılıqlı tanınmasına dair protokol

- Qida Təhlükəsizliyi Agentliyi ilə RF Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq əməkdaşlığı sazişi

- Əqli Mülkiyyət Agentliyi ilə RF Federal Əqli Mülkiyyət Xidməti arasında anlaşma memorandumu

- Qida Təhlükəsizliyi Agentliyi ilə RF Federal Baytarlıq və Fitosanitariya Nəzarəti Xidməti arasında bitki karantini sahəsindəki informasiya sistemlərinin inteqrasiyasına dair protokol

Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxslə (Azstand) Rusiya İxracat Mərkəzi arasında anlaşma memorandumu imzalayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA