Azərbaycan Premyer Liqası: Bürünc medalın sahibi müəyyənləşdi
19-05-2021 [19:52]
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu keçirilib.
Bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.
Səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb. "Gənclik şəhəri" təmsilçisi 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
"Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. Matçda ilk qolu 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Ramil Şeydayev vurub. "Qartallar" 72-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Penaltidən fərqlənən Qismət Alıyev tarazlığı bərpa edib. Lakin 89-cu dəqiqədə meydan Masazır təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. Bu dəfə Xulio Sezar Rodriges keçmiş komandasını cəzalandırıb. Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.
Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gələn "Keşlə" sonuncu pillədən xilas olub. Qarşılaşmada hər 3 qol ilk hissədə vurulub. "Keşlə"nin heyətində 15-ci dəqiqədə Şəhriyar Əliyev, 1 dəqiqə sonra isə Silvio Rodriges fərqlənib. 26-cı dəqiqədə qonaqlardan Ceyms Adeniyi fərqi azaltsa da, "qırmızı-qaralar"ın bundan artığına gücü çatmayıb. Bu qələbədən sonra xallarını 26-ya çatdıran paytaxt təmsilçisi autsayder mövqeyini tərk edib. Əvəzində 24 xalı olan "Səbail" mövsümü son sırada başa vurub.
Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Dalğa Arena"dakı görüş çempionun adına aydınlıq gətirəcək/Report.
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib
Rusiya Zaporojyeni bombalayıb - 50 yaralı, 500-dən çox dağıntı var
Bu gün İmişlinin bir hissəsində qaz olmayacaq
QƏZZANI İRAQA SAVAŞDA YER ALAN SABİQ BAŞ NAZİR YÖNƏLDƏCƏK - Plan açılır, HƏMAS "O, Şeytandır" deyir
Bakıda TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin konfransı başlayıb
Moldovada parlament seçkiləri: hansı siyasi blok qalib gəldi?
Məşhur aktyora kəllə atan jurnalist: "Qızıma və rəhbərimə söydü..."
Xaçmazda əməliyyat: keçmiş məhkum saxlanılıb
Sadettin Saran: "Başını təpiyin altına soxacaq komanda olacağıq"
Mərc oyunlarındakı dələduzluq halları Türkiyə hökumətini hərəkətə gətirdi - 200 mindən yuxarı köçürmələr...
ABŞ-da kilsəyə hücum olub, ölən və yaralananlar var - Tramp, nazir və FTB rəhbərindən açıqlamalar (FOTO)
"Fənərbağça" bu dəfə Baş məşqçiyə nə qədər təzminat ödəyəcək? - Rəqəm "dodaq uçurur"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Onun nəinki sınmağını, hətta bir balaca əyilməyini görmək istəyənlər..." - Misir Mərdanov yazır
"Fənərbağça" "Antalyaspor"u iki qolla məğlub etdi
Prezident və xanımı Gəncədə III MDB Oyunlarının açılış mərasimində - VİDEO, FOTOLAR (YENİLƏNİB)
"Turan Tovuz" "Kəpəz"i xalsız qoydu
Jurnalist söyüş söyən aktyora kəllə atdı - Türkiyədə