RUS JURNALİST ŞUŞADAKI SON ŞİDDƏTLİ DÖYÜŞLƏRDƏN VİDEO PAYLAŞDI: "Şəxsi heyətin 60 faizdən çoxu öldü" - VİDEO

img

19-05-2021 [18:46]


Rusiyalı jurnalist, "War Gonzo” layihəsinin rəhbəri Semyon Peqov Şuşa uğrunda döyüşlərin son dəqiqələrini paylaşıb.

Mia.az Modern.az-a istinadla xəbər verir ki, Peqov II Qarabağ Müharibəsi zamanı çəkilən və əvvəllər yayımlanmayan kadrlardan ibarət sənədli film hazırladığını söyləyib.

Dəqiqə yarımlıq videokadrda isə Daşaltı-Şuşa istiqamətində erməni işğalçılarının mövqelərimizi atəşə tutması təsvir olunub.

"Şuşa uğrunda son döyüşlərdən biri... Daşaltı istiqamətinə olduğmuz bu bölükdən çox az adam sağ qalıb. Döyüş iştirakçılarının xatirələrinə əsasən, şəxsi heyətin 60 faizdən çoxu ölüb. Yeni filmimizdə daha çox kadr görə biləcəksiniz”-deyə Peqov yazıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA