"Maldiv adaları yoxa çıxacaq" - Nazirdən təhlükəli proqnoz

img

19-05-2021 [18:22]


Dünya iqlim dəyişikliyinə qarşı sürətli və müvafiq şəkildə mübarizə aparmasa əsrin sonlarına qədər Maldiv adaları yox ola bilər.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ölkənin ətraf mühit, iqlim dəyişikliyi və texnologiya naziri Aminat Şauna bildirib.

Onun sözlərinə görə, ətraf mühit indiki kimi zərər görərsə, 2100-cü ilədək Maldiv adaları mövcud olmayacaq: “İqlim dəyişikliyi realdır və biz dünyanın ən həssas ölkəsiyik”.

Maldiv adalarının 80%-nin dəniz səviyyəsindən yalnız bir metr yüksəklikdə yerləşdiyini qeyd edən A. Şauna vurğulayıb ki, adaların əksəriyyətində daşqın və sahil xəttinin aşınması qeydə alınıb.

Nazir onu da bildirib ki, Maldiv hökuməti iqlim dəyişikliyinin təsirini minimuma endirmək üçün tədbirlər görür: “Məsələn, Maldiv adaları istixana qazı tullantılarının azaldılmasında lider olmağa çalışır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA