Azərbaycan millisi ilk qızıl medalını qazanıb

img

18-05-2021 [22:03]


Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

Məlumata görə, 70 kq-da çıxış edən sərbəst güləşçi Cəbrayıl Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Moldova güləşçisi Nikolay Qrahmezlə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb


Digər xəbərlər
SON XƏBƏRLƏR