Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi barədə fərman imzalayıb

img

18-05-2021 [17:30]


Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki,  fərmana əsasən, "ASAN ödəniş” sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini, bu barədə inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə (qısa mesaj - SMS vasitəsilə) və elektron ünvanına (olduğu halda) məlumat verilməsini təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR