Bu hakimlər Şirvan və Şəki Apellyasiya məhkəmələrinə təyin olunacaq - SİYAHI

img

18-05-2021 [12:19]


Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir.

Məlumata görə, Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.

Mia.az Report-a istinadla xəbər verir ki, sənədə əsasən, aşağıdakı şəxslərin Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Abdullayev Vəli Əsgər oğlu (səlahiyyət müddəti başa çatıb)

2. Allahyarov Zaur Mirzağa oğlu

3. Bağırov Məhəmməd Ənvər oğlu

4. Mayılov Samir İlham oğlu

***

Şəki Apellyasiya Məhkəməsinə yeni hakim təyin edilir.

Bununla bağlı Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, Nuru Nadir oğlu Quliyev Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Rafail Əyyub oğlu Əliyev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA