AZƏRBAYCAN ZƏNGƏZUR BÖLGƏSİNDƏ HƏR BİRİ 15 ƏSGƏRDƏN İBARƏT POSTLAR QURUB: "Onlar nəinki geri çəkilmədilər, hətta..."

img

17-05-2021 [19:12]


“Bizdə olan məlumata görə, Ermənistanın Sünik (Zəngəzur) bölgəsində hər birində 15 əsgər olmaqla dörd Azərbaycan postu olacaq”.

Bu sözləri Sünikin keçmiş qubernatoru Vahe Akopyan erməni mediasına deyib.

Keçmiş qubernator əlavə edib ki, Qara göl ərazisində bərabər qüvvəlin olması haqda razılıq əldə edilib: “Azərbaycan tərəfinin burada dörd postu qurulacaq. Ermənistan tərəfindən də bu sayda post olacaq. Azərbaycan tərəfinin “öz torpaqlarımızda” nə qədər əsgər və postumuzun olmasını bizə diktə etməsi absurddur. Yeri gəlmişkən, yaxşı və ya pis olmasından asılı olmayaraq, bu razılaşma sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun səyləri nəticəsində əldə edilib”.

Vahe Akopyan Azərbaycan hərbçilərinin “Ermənistanın dövlət sərhədini keçib burada qalmalarına” dair məsələyə mənfi reaksiya ifadə edib: “Belə çıxır ki, onlar nəinki geri çəkilmədilər, hətta burada əsgər və hərbi postlarının qurulmasına nail oldular”.

Sabiq qubernator hesab edir ki, belə bir nəticənin əldə edilməsinə baxmayaraq  Ermənistanın qabiliyyətsiz hökuməti bunu nailiyyət kimi təqdim etməyə çalışır: “Əslində isə Ermənistan Respublikasının dövlət sərhədlərini qoruya bilmədilər. Azərbaycanlılar gəldilər və geri çəkilmədilər”.

Geqarkunik bölgəsinin sərhəd Kut kəndinin bələdiyyə sədri Sima Çitçyan isə erməni mediasına deyib ki, vəziyyət əvvəlki kimi qalır. Onun sözlərindən belə məlum olub ki, Azərbaycan hərbçiləri yüksəklikdə, erməni hərbçiləri isə aşağıda dayanıblar: “Kənd faktiki azərbaycanlıların müşahidəsi altındadır. Bəlkə də dərs olmayacaq. Otlaqlar azərbaycanlıların yerləşdiyi ərazidən çox da uzaqda deyil. İki müharibə gördük, amma heç vaxt oxşar durumda qalmadıq”/Reyting.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR