"PAŞİNYANDAN QISAS ALMAQ HİSSİ İLƏ ALIŞIB YANIRLAR" - "Məsuliyyətsiz siyasətlə Qarabağda özümüzü məğlub vəziyyətə gətirdik"

img

16-05-2021 [17:49]


“Ermənistanın ikinci prezidenti Robert Koçaryanın növbədənkənar seçkilərdə birgə iştirakdan imtina etməsi ondan irəli gəlir ki, o, dövlətin maraqlarından çıxış etmir, yalnız Baş nazir vəzifəsini icra edən Nikol Paşinyandan qisas almaq hissi ilə alışıb yanır”.

“Sputnik Armenia”nən verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışında deyib.

Ter-Petrosyan bildirib ki, keçmiş prezidentlər Rovert Koçaryan və Serj Sarkisyana seçkilərdə birgə iştirakla bağlı müraciətində bir şərt olub: keçmiş liderlərdən heç biri Baş nazir postuna namizəd olmayacaq.

“Bu, bir tərəfdən Nikol Paşinyanın yenidən dirçəlməsinin qarşısını alacaqdı, digər tərəfdən isə Robert Koçaryanın hakimiyyətə qayıdışını əngəlləyəkdi. Belə olan halda, Baş nazir postunu ciddi təcrübəsi və idarəçilik vərdişləri olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutmalıydı”, - deyə Ter-Petrosyan vurğulayıb.

L. Ter-Petrosyanın sözlərinə görə, R. Koçaryanın təklifi rədd etməsi onun Paşinyandan qisas almağa susadığını göstərir. “S. Sarkisyana gəldikdə, o, hakimiyyətə qayıtmaq istəmir, lakin partiyasının üzvlərinin parlamentə düşməsinə çalışır”, - deyə o, əlavə edib/APA.

Petrosyan əlavə edib ki, rəhbərlik etdiyi Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

O, partiyası tərəfindən göstəriləcək namizədlər siyahısına başçılıq edəcək.

Levon Ter-Petrosyan keçmiş prezident Robert Koçaryanın da qələbəsini istisna edib.

O, iddia edib ki, Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”.

L.Ter-Petrosyan bildirib ki, bu halda daxil sabitlik təmin olunsa belə, mühacirətin tempi sürətlənəcək.

Sabiq prezident 44 günlük Qarabağ savaşındakı məğlubiyyətlərinə də toxunub.

Mia.az bildirir ki, o, Azərbaycana məğlubiyyətdəndanışıb: “Biz Azərbaycana məğlub olmadıq, ancaq son 23 ildə həyata keçirilmiş səlahiyyətli avantürist və məsuliyyətsiz siyasət nəticəsində özümüzü məğlub vəziyyətə gətirdik. Məğlubiyyətin təməli 1998-ci ildə status-kvonu qorumaq ehtimalı və bir qarış torpaq verməmək prinsipi ilə bağlı yalan inamla qoyulub. Məğlubiyyətin sonu isə Nikol Paşinyan tərəfindən “Artsax” Ermənistandır” təxribat xarakterli bəyanatı ilə elan edilib. Bu, Ermənistanın, Qarabağın sonu idi. 

23 il ərzində səlahiyyətlilərimiz realist siyasətin ən vacib üç amilini nəzərə almadılar: güc nisbəti, müttəfiqlərin varlığı və ya olmaması və ən əsası, zamanın geri dönməzliyi. Həqiqət budur ki, bir şey bu gün mümkündürsə, sabah mütləq mümkün olmayacaqdır. Bu, səlahiyyətlilərimizin başa düşmədiyi çox sadə bir şeydir; siyasət A,B,C-si budur. Başqa sözlə, 23 ildir səlahiyyətlilərimiz qumar oyunçuları kimi davranır, yeni mərclər qoyur, daha çox qazanmağa çalışır və buna görə qazandıqlarını itirirlər. Təfərrüatlarına varmaq istəmirəm, çünki bu problemə həsr olunmuş geniş bir məqalə hazırlamaq niyyətindəyəm”.

Qeyd edək ki, L. Ter-Petrosyan R. Koçaryan və S. Sarkisyana (Hər iki sabiq prezident Ermənistanda daha çox "Qarabağ klanı"nın liderləri kimi qəbul edilirlər - Mia.az) müraciət edərək, növbədənkənar parlament seçkilərinə birgə qatılmağı təklif edib.

Lakin onlar bu təklifi qəbul etməyib, üstəlik bunu ictimailəşdirdiyi üçün L. Ter-Petrosyana etirazlarını bildiriblər.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA