QARABAĞ ZONASINDA ASALA ERMƏNİ TERROR TƏŞKİLATININ SİLAH ANBARI TAPILDI - FOTOLAR

img

16-05-2021 [17:09]


İşğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində yol infrastrukturu işləri və yeni kommunikasiya xətlərinin çəkilməsi üçün ərazini minalardan təmizləyən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə məxsus olan saxlanc yerini aşkarlayıblar.

Mia.az xəbər verir ki, bu barədə Caliber.Az xəbər yayıb.

Bildirilir ki, piyada əleyhinə minalanmış ərazidə basdırılmış iki plastik çəlləkdə avtomat tüfənglər, pulemyot, qumbaraatan, süngü bıçaq, ərzaq məhsulları, siqaretlər, səssiz atəş cihazları, rabitə və optik müşahidə cihazları, GPS naviqatoru, zirehli jilet, siqnal tapançası, döyüş sursatları, həmçinin sadalanan silahlar üçün daraqlar və müxtəlif məqsədli patron qutular aşkarlanıb.

Kamuflyaj toru ilə örtülmüş anbarda olan çəlləklərin birində ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də tapılıb.

Faktla əlaqədar istintaq başladılıb və tapıntılar ekspertizaya göndərilib.

Suqovuşan yaxınlığındakı yüksəklikdəki anbarda tapılanların tam təhlilinə, “Caliber” hərbi-analitik “Youtube” layihəsinin 17.05.2021 tarixdə saat 12:00-da premyerası olacaq növbəti xüsusi buraxılışında baxa bilərsiniz.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA